Şirkətimiz 2009-cu ildə əlvan və qara metal istehsalı zavodu kimi yaradılmışdır. 14 il ərzində biz öz gücümüzü artırdıq və məhsulların çeşidini genişləndirdik.2019-cu ildən etibarən istehsalın genişmiqyaslı modernləşdirilməsi və qara metallurgiya istiqamətində yeni kompleksin tikintisi davam etdirilir.
2016-cı ildən alüminiumun təkrar emalı üçün avadanlıqlar kompleksi uğurla istifadəyə verilmişdir.
2022-ci ildə biz rebrendinq etdik və indi şirkətimiz METALTECHNOLOGY MMC adlanır. Hazırda biz Azərbaycan Respublikasında qara metal məhsullarının ən böyük istehsalçısıyıq və hazır məhsulu daxili və beynəlxalq bazarlara çatdırırıq.